Əkinçilər, – yay gecəsiydi kənddə –Yorğun, arğın yeni çimir etmişdi.Arvad, uşaq xırmanlarda, həyətdə,İşdən qurtarmış, uykuya getmişdi.Birdən xoruzlar hinlərdə banladı,Qarı nənə sübh olduğun anladı.

Səs eylədi, – oyandı oğlu, əri,Əsnəyərək qalxdı yataqdan bular,Çağırdılar nökərləri, rəncbəri,Oyandılar səsə qohum-qonşular.Azan səsi gəlir minarələrdən,Çıxır çölə xəlayiq darələrdən.

Böyük-kiçik, rəiyyət, xanım, ağa,Yapışdılar hər biri bir peşəyə.Gəlin gedir inəkləri sağmağa,Odun gətirməyə nökər meşəyə,Biri gedib ələf tökür kəllərə,İri baxır xırmandakı vəllərə.

Günəş çıxır, dağdan uçur dumanlar,Həvəslə istinin, tozun içində.Çalışırlar bu bir yığın insanlar,Xırmanlarda, tarlalarda, biçində.Bu zəhmətlər şərh olunmaz, uzundur,İnsaniyyət həp bunlara mədyundur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов