Zəhmət çəkmə!
İki gözüm, millətçün zəhmət çəkib çalışma,Yanıb millət oduna pərvanə tək alışma.Nə gərəkdir türk dili, canım, gözüm bizlərə?Biz uymuşuq həmişə gözəl-gözəl qızlara.Gəl bulvara, passaja gecə-gündüz çıxalım!Canalıcı marallar, löbətlərə baxalım!Danışalım, alışıb düşünəlim, güləlim!Dinləyəlim, söyləyib düşünəlim, öləlim!
“Ana dili gərəkdir”, nahaq yerə bəhs açma,Biz məhv olmaq istərik, yoldaşlıqdan heç qaçma,Bizə təmiz insan tək ömür eləmək, yaşamaq,Çox eyibdir türk adın bizə daim daşımaq.Gəl gedəlim kef ilə meyxanəyə, içəlim!Həm mülkdən, millətdən, dinimizdən keçəlim!Danışalım, alışıb düşünəlim, güləlim!Dinləyəlim, söyləyib düşünəlim, öləlim!
Ana dili, qardaşım, bizə mütləq zərərdir,............................Nə edirlər qoy etsin, olar bilər özləri.Bizim kimi heç kimin açıq deyil gözləri.Millət məslək, əqidə boş (bir) sözdür, ay canım.Gəl kef çəkək hər gecə, ay başına dolanım.Danışalım, alışıb düşünəlim, güləlim!Dinləyəlim, söyləyib düşünəlim, öləlim!
Türk dililə tərəqqi etmək bizə məhaldır,Mənfəət yox, boş şeydir, ancaq böyük zavaldır.Millət üçün, məsəldir, ağlayan göz kor olar,Çox yaş tökmə gözündən, bozbaş, piti şor olar.Gəl gedəlim duxana, piyan olub qalalım!Qeyrət ilə namusu satıb içki alalım!Danışalım, alışıb düşünəlim, güləlim!Dinləyəlim, söyləyib düşünəlim, öləlim!Yaşamaqdan məqsəd həp kef çəkməkdir, vəssalamAraq, çaxır, pivədir, borş yeməkdir, vəssalam.Gəl girəlim biz sora xanımların qoluna,Fəda edək hər şeyi məhvəşlərin yoluna,Qövmiyyəti rədd edib, milliyyəti atalım!Mal ki mala yapışdı, canı-cana qatalım!Danışalım, alışıb düşünəlim, güləlim!Dinləyəlim, söyləyib düşünəlim, öləlim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-zehmet-cekme
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey sananlar qəzeti şeyi-həba.Bu təğafül nə rəvadır, əcəba?
“Ey vətən, getmə ki, əldən gedəriz”Ey vətən, getmə ki, əldən gedəriz!Biləriz fərz sənin xidmətini!
Naleyi-təhəyyür yaxud millətə xitabNə idin dün, nə olmusan bu zaman?Millət, ey banisi-həyati-vətən!
Dilbəri-hürriyyətəA sevdiyim, aç bir niqab üzündən,Məcnun tək Leylaları divanə qıl!