Əlbət yarım yada düşüb,Ölürəm dağlardan ayrı.Bu el mənim, o el sənin,Ölürəm dağlardan ayrı.

Məzarına gül bağlayan,Dumanlı-çəni ağlayan.Xançobana yas saxlayan,Ölürəm dağlardan ayrı.

Acçınqıldı mənim dağım,Bəsti, hanı öz oylağım?!Dil deyir, getmir ayağım,Ölürəm dağlardan ayrı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов