Dinlə əlhanını sınıq sazımın,Millətə qəlbən ağlayan bacıdır.Odlu məzmunları soyuq yazımınXəstə ruhun davasıdır, acıdır!

Xəstəlik olmuş olsa ruhani,Nəf qılmaz əlaci-cismani.Sən, ey afaqi-növhəbari-həzin!Nə üçün xəstəhalü nalansan?Qoparıb məhşəri-fəqanü ənin.İnləriz biz də ta pərişansan.

Gülmədən sən gülərmi heç üzümüz?Tərəbəngiz olarmı ya sözümüz?

Nə fəqət qəbi-zarımız ağlar,Günümüz şam olub keçər qəm ilə.Ruhumuz, həm məzarımız ağlar,İlimiz başlanar məhərrəm ilə.Musiqimiz də qəmli-qəmli çalar,Ağlamaq ilə könlümüz açılar.

Daha artıq bu yəsü kərbətdə,Səni görmək bizə həram olsun.Yaşamaqdan bu hali-zillətdə,Xoşdur ölmək, şərəfli nam olsun.

“Ey, sən ey nəcmi-zahiri-dərxab”Oyan, artıq ürəkdə qalmadı tab!

Açıl, ey şəmsi-qəm səhaibdən,Yüksəlib dövreyi-kəmalə yetiş!Qutar, ey sevgilim, məsaibdən,Xubruluqda etidalə yetiş!

Çıx ki, bitsin ləyali-firqətimiz,Gül, tükənsin dümui-həsrətimiz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости