Dersəm mən əgər süxən zəmani –Kim, mərifətin rəvacı yoxdur.El tənə ilə deyər filani –Divanə olub: əlacı yoxdur.Bəzisi deyər: təbiidir bu,Bəzisi deyər ki, “babi” olmuş.Gah sünni deyər ki, şiədir bu,Əfyunə uyub şərabi olmuş.Bu firqeyi-cahilü əvamı,Yarəb, sən özün hidayət eylə!Yox sədməyə ruhimin dəvamı,Lütfünlə mənə himayət eylə.Bir bəndeyi-asiyəm, ilahi,Hər dürlü əzabə müstəhəqqəm.El hər nə desə, nə qəm, ilahi,Arifsən özün ki, əhli-həqqəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости