“Abdulla Cövdət” həzrətlərinə bənzətmə

Zurnaçı toyda zurnasın çalsa,Orda bir az da vodka da olsa,Guşimə “Sonya”nın sədası gəlir.

Millətim xar olub əzildikcə,Ac yetimlər nəvası gəldikcə,Guşimə “Sonya”nın sədası gəlir.

Millətə qəm olursa rahnümun,Hamısın birdən etsələr mədfun,Guşimə “Sonya”nın sədası gəlir.

Asimanda “Çapellin” uçduqca,Xalq qırğın salıb vuruşduqca,Guşimə “Sonya”nın sədası gəlir.

Millətin başına kül olduqca,Hamı qəri-məzarə dolduqca,Guşimə “Sonya”nın sədası gəlir.

Bulvarı seyr edən adamlardan,Ruhə ləzzət verən madamlardanGuşimə “Sonya”nın sədası gəlir.

Zurnanın xunksar havasından,Bakıda milyoner balasındanGuşimə “Sonya”nın sədası gəlir.

Millətin “aktyor” dəhanindən,Şairindən, filan-filanindənGuşimə “Sonya”nın sədası gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине