Qiyamətmi qopar
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə;Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə?Maryanı xoşhal edib zövqü səfaya yetməyə,Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar?
Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq,Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq,Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq,Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar?
Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var?Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar?Fikr edib kəşti çıxardar, pul verib olluq suvar,Pul verib başların aldatsaq, qiyamətmi qopar?Harda biz aciz müsəlman görsək, ani bizlərik.Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik;Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik,Arı namussuzluğa qatsaq, qiyamətmi qopar?
Leyk min alim əgər mənbərdə olsa bərqərar,Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar.Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar?Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar?
Kim Tükəzbanla otursa, evdə bir gün görməyir,Işvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir.Maryanın nazilə gülmür, həm bizi güldürməyir,Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-qiyametmi-qopar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Axşam saat dörd-beş radələri. Məclis. “Üçüncü internasional” mətbəəsində “Kommunist”in iş otağında tərcüməçi stolunun üstündə Şakov və başqa bir neçə nəfər mürəttib kolbasi, xərçəng və sairə düzüb yeyirlər. Müsəhhih stolunun üstündə Süleyman və şagirdləri piti taskabablarını düzmüşlər.*Məmmədəlinin stolunun üstündə Allahverdi bir başqası ilə oturub nərd oynayır. Stol üstündə də bir iki*
Sitarə6 pərdəli opera librettosuİştirak edənlər
ŞahsənəmŞahsənəm4 pərdəli 5 şəkilli opera*
“Əmir Əbülüla”Seşənbə günü, dekabrın 27-sində Dövləti teatroda türk dram aktyorları tərəfindən “Əbülüla” pyesəsi oynandı.Bir neçə pərdənin görnüşü qətiyyən bir Ərəbistan odasını andırmayordı. Ərəbistanın dərin keçmişindən nümunə olaraq divarları kağızla örtülmüş bir odanın görünməsi, bu yaxınlarda Kommunist firqəsində (qəzetində – A.R) bütün təfərrüatı ilə təhlil edib yazdığımız kimi, böyük bir xətadır.
Стихи других поэтов · Сатира
Haıda düşür vur şitil İranlıya,Pampaca sal hər mitil iranlıya.
Çapma atını, girmə bu meydanə, a Molla!Не несись ты вскачь, Молла! Эй, с арены прочь, Молла!Мусульман огнем сатир больше не порочь, Молла!
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Olursa!Naxçıvan, İrəvan xan, bəylərinin, Ordubad qırmızısaqqallarının, Bakı, Quba başıqırxıqlarının və Kürdəmir başı hanalı cavanlarının əhaliyə müraciəti:*Vətəndaşlar!*