Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.Əvvəli bu qəzetçi də sanki edibdi məsləhət,Molla, plovdu, hey yazır, başına söz olub qəhət.Gündə bu molla söhbəti, gündə oruc sözü, əvət,Mən bilirəm ki, bunların yazdığına nədir cəhət,Taki, bu molla yazığın boş qala yanı birbəbir.Qəzetçinin də arta ta qəzet alanı birbəbir.

Indi bu molla da daha ağzın açıb şikayətə,Zorba xitabələr yazıb, nəşr eləyib cəmaətə;Ondan əlavə məscidə kim ki, girə ibadətə,Söyləyir: adə, köhnələr, səbr yetib nəhayətə.Küçədə axtarıb tapın qəzet yazanı birbəbir,Öylə vurun ki, hamının qoy çıxa canı birbəbir.

Qəzetçi bildiyi kimi tazələri yığışdırıb,Mollaların hücumunu dəf üçün hamısı durub.O vurub, molla qışqırıb, molla vurub, o qışqırıb,Qəzetçi molla yazığın ağzını lap ovuşdurub,Indi yazır əski qapı, əski dabanı birbəbir......................................

Yaxşı baxanda qızlara qəzetçi bihesabdır;Mollanın isə məqsədi, fikri, plov kababdır.Əkşi, sənin də içdiyin hamı bilir şərabdır,Tiri gözündə görməyir, özgədə geysuyabdır.Indi, hərif, söyləyim yerdə qalanı birbəbir,Xalqa yazan çərən-pərən, yalan-palanı birbəbir.

Doğrudur, bu xalqa bəzi sözləri siz deyirsiniz,“Dini, şəriəti tutun” moizə eyləyirsiniz,Leyk, hərif, söz özünüz əksinə eyləyirsiniz,Xalqa “oruc yemə” deyib, siz özünüz yeyirsiniz,Razımısan deyim hələ filan-filanı birbəbir,Indi, hərif, sən də de, varsa yalanı birbəbir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Müfəttiş

IDünəndən bəri bu işi aydınlaşdırmaq üçün tələsik-tələsik yürüyən, həyat çovğunundan qansız dodaqlarını gəmirən Həmid indi birdənbirə özünü itirmiş, şaşqın və ürkək bir halda durub baxırdı. Zatən həmişə Həmid nagəhani və gözlənilməz bir hadisəyə təsadüf edincə, bir neçə saniyə hərəkətsiz durub donuq-donuq qarşıya baxar və birdənbirə yerindən tərpənib, qəti və cəld hərəkətlərlə bir iş görərdi.

9 мин
Çocuq

22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki “doğru deyirsən”, “yaxşı deyirsən”, “qorxma”, “tez bitir”, deyə sözlərini başı ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.

10 мин
Altun heykəl

Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunmasıilə mühitindəki adi kəndlərdən ayrılır.

4 мин
Qara Qənbər

Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.

5 мин

Стихи других поэтов · Сатира