Quduz Hitlerə
Ey faşist köpəyi, yırtıcı heyvan,Sənə xalq ordusu udduracaq qan!Qudurmuş başını saldın kələyə,Düşəcək quyruğun bizim tələyə.Ömrünün sonudur, əcəlin çatıb,Üz üstə çevrilib taleyin yatıb,İnsan da həddini bu qədər azar?Qazdın öz əlinlə özünə məzar.Kiminlə gəlirsən, gör bir üz-üzə?Ey zülmət köpəyi, hürmə gündüzə!Sovetlər yurdudur bizim yurdumuz,Külünü sovurur Qızıl Ordumuz!Topundan, tankından qorxumuz yoxdur,O topdan, tüfəngdən bizdə də çoxdur.Bizim dinc ölkəni çəkərkən hərbə,Bir zərbənə qarşı etdik min zərbə.Qudurub hər yerə alovlar saçdın,Özün öz başına fəlakət açdın.Hələ harasıdır, ey qarı düşmən,Xalqımız qəzəblə deyir: biz vətənYolunda hazırıq candan keçməyə,Alçaq faşistləri qırıb biçməyə.Bizim partiya tək rəhbərimiz var,Qalalar fəth edən əsgərimiz var,Leninin bayrağı əlimizdədir,Qələbə bizdədir, zəfər bizdədir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-quduz-hitlere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sevgilim, zülfünə ənbər dedilər, mən də dedim,Üzünə mahi-münəvvər dedilər, mən də dedim.
Xatirim zülfün xəyalilə pərişan eylədimXatirim zülfün xəyalilə pərişan eylədim,Öz əlimlə könlümün mülkünü viran eylədim.
Bu çəkdiyim qəmi cananə mən özüm demədimBu çəkdiyim qəmi cananə mən özüm demədim,Desəm, gülər bizə biganə, mən özüm demədim.
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
Стихи других поэтов · О родине
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
DurnalarUçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.
Xan sarayıQafil bayquş, kimlər üçün inildərsən, ağlarsan?Hansı dövrü xatırlarsan? Kimin yasın saxlarsan?
Sevərlər səniMüğənni ən incə teli gözləyər,Nəğmə gözəllikdir – ona göz dəyər.