Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!
Min gözəl gördümsə, bir əhli-vəfasın görmədim!Çox cəfa çəkdim bu yolda, bir səfasın görmədim!
Üzdüm əl biganəxislət aşinalardan, könül,Mən bu dünyanın həqiqi aşinasın görmədim!
İntəhayə yetdi ömrüm intizari-vəsl ilə,Möhnətü dərdü fəraqın intəhasın görmədim!
Ney kimi fəryadıma göz yumdular həmdəmlərim,Bir özüm tək əhli-eşqin binəvasın görmədim.
Xeyirxahı olduğum bədxahım oldu aqibət,Hər kimi məhrəm xəyal etdim, ədasın görmədim.
Eşqdir baqi edən Leyliylə Məcnun namini,Mən keçən aşiqlərin hərgiz fənasın görmədim.
Vahidi, mən əhli-insafəm, necə gözdən salım?Başqalar tək mən onun bir iddiasın görmədim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-min-gozel-gordumse-bir-ehli-vefasin-gormedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səbr eylə, könül, möhnəti-hicranə, tələsmə,Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.
Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!Hilalı zülməti-şəbdə bulud içrə nihan etmə!
Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanəSalıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə,Görünmür taği-əbrulər, düşübdür bəs ki pünhanə.
Mənə hərdən baxır ol sevgilim biganə-biganəMənə hərdən baxır ol sevgilim biganə-biganə,Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Стихи других поэтов · О любви
زهرنوشان تو از زهر شفا یافتهاند
Aylar, illər həsrətini çəkərdimAylar, illər həsrətini çəkərdim,Şükür yetdim vüsalına, sevdiyim!
Sinədən guşuma fəryadi-dili-zar gəlirSinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
BülbülSəhər-səhər dad-fəryad edincə,Varıb bağ küncündə yatsın bülbül,