Sinədən guşuma fəryadi-dili-zar gəlir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Sinədən guşuma fəryadi-dili-zar gəlir,Dərdi artıbdı, genə naleyi-bimar gəlir.
Bildi, görsəm rüxi-alın fərəhimdən ölərəm,Şad-mərg etməgə öz aşiqini yar gəlir.
Qəmi-hicranə dedin, səbr elə sən, ey naseh,Sənə asan isə bu iş, mənə düşvar gəlir.
Hansı bir üzvüvi tərifə edərsəm iqdam,Əvvələn ağzıma ol ləli-şəkərbar gəlir.
Əsəri-badəni gör kim, yıxılıb məst oluram,Nə zaman fikrimə ol gözləri xummar gəlir.
Dil gəlir busə üçün dövri-xətində dərinə,Şərm edən sailə bənzər ki, şəbi-tar gəlir.
Ölməgim xoşdu rəqib ilə səni görməkdən,Gəzmə qeyr ilə, mənim qeyrətimə ar gəlir.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, tari-səri-zülfü gözümdən getdi,Masiva, tarı bilir kim, gözümə tar gəlir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sineden-gusuma-feryadi-dili-zar-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«Есть ночь и день. Что лучше, мне скажи?» —Таков к Меджнуну был вопрос ханжи.
Fəqihin oğluna cavabıBir fəqihə öz oğlu etdi xitab,Dedi, key fazili-büləndcənab,
Oğluma nəsihət (Ey oğul, alim olsa xoştinət)Ey oğul, alim olsa xoştinətMali-dünyayə eyləməz rəğbət.
Qonağın macərasıBir fəqir oldu bir fəqirə qonaq,Bir evi var idi necə çardaq.
Стихи других поэтов · О любви
Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,