Fəqihin oğluna cavabı
Bir fəqihə öz oğlu etdi xitab,Dedi, key fazili-büləndcənab,Bircə vaizlərin sözündən əsərGörmürəm mən özümdə zərrə qədər.Bu səbəbdən ki, görmüşəm səd barYoxdu kirdarı tabiqi-göftar.Tərki-dünyanı eyləyir təlim,Özləri cəm eyləyir zərü sim.Əhli-dünyayə virdi lənətdir,Gecə-gündüz xəyalı dövlətdir.Alimin ki, özündə yoxdu hünər,Eyləməz bir kəsə kəlamı əsər.Hər bir alim ki, olsa tənpərvərOla bilməz o bir kəsə rəhbər.Xəlqə söylər ki, eyləyin ehsan,Özünün nəfsini edər nisyan.İtiribdir özün ki, ol fazilOla bilməz o rəhbəri-cahil.Verdi alim cəvab, key cahil,Etdiyin bir xəyaldır batil.Gər tələb etsən alimi-məsum,Qalısan feyzi-elmdən məhrum.Baxma alimdə felü kirdarə,Əməl et, olsa nik göftarə.Yaxşı söz kimdən olsa zibadır,Demə bu möminü o tərsadır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-feqihin-ogluna-cavabi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gər etsə təbib dərdi-pinhanə əlac,Hər dəmdə gözümdən tökülən qanə əlac,
Eylər mənə xəndə yar giryan görgəcEylər mənə xəndə yar giryan görgəc,Mən şad oluram ol gülü xəndan görgəc,
Şirvan gözəli bir xoş əda bilməz imişŞirvan gözəli bir xoş əda bilməz imiş,Peyvəstə cəfa qılır, vəfa bilməz imiş,
Qaşında zəxm görüb ey büti-hilal-əbruQaşında zəxm görüb ey büti-hilal-əbru,Dedim ki, qəlpələnən Zülfüqarə bənzər bu.
Стихи других поэтов · О мудрости
Xoca Əhməd özün salıb əngələ,Torpağa, qəltanə, lilə, bükülmüş,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Bir söylə görüm...Bir söylə görüm məktəbi-irfan nəyə lazım?Təhsili-ədəb, dərsi-dəbistan nəyə lazım?
Ömür keçdi, gün keçdi...Soruşdular:– Bir girvənkə daş ağır olar,