Qəsdi-can eylər, o fəttan gözlərin bidaddır,Bir kəbutər qəsdinə, guya iki səyyaddır.

Öldürür, gahi dirildir aşiqi qəmzən oxu,Türfə sahirdir ki, həm canbəxş, həm cəlladdır.

Ləhzə-ləhzə seyli-əşkim aləmə tufan salır,Ta qəmindən hər gözüm bir Dəcleyi-Bağdaddır.

Başın üçün, kəsmə məndən ey büti-bidadgərCövrü zülmün kim, fərəhbəxşi-dili-naşaddır.

Ey məhi-namehriban, etməm təmənna vəslüvi,Bəs ki, könlüm möhnəti-hicranuva mötaddır.

Qıldı hicran qəsdi-can, cananə bilməz halımı,Lütf qıl, ey nalə, bu dəm kim, dəmi-imdaddır.

Макта — последний бейт с тахаллусом поэта. Yardən ta Seyyidi-müztər kimi düşdüm cüda,Həmdəmim əfğan, ənisim naləvü fəryaddır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви