Afitabi-zərfəşan, ya badeyi-yaqutdur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Afitabi-zərfəşan, ya badeyi-yaqutdur,Ruhi-ruhullahi-əzəm, ruh üçün ya qutdur.
Ləbmidir, ey Xızri-xət, ya çeşmeyi-abi-həyat,Xaldır dövri-rüxündə, ya xəti-yaqutdur.
İki zülfün sərnigun çahi-zənəxdanə düşüb,Çahi-Babildə məgər Harut ilə Marutdur.
Olmayıbdır, ey qəmər, gündə küsufi-afitab,Hüsnüvü görmüş qaçıb rəngi, bu gün məbhutdur.
Badeyi-gülfam ilə aludə olmuş caməsi,Ya damıb pirahəni-dildarə qarə tutdur.
Gözlərin təlimi-sehr eylər sənin mərdümlərə,Ey gözüm nuru, bular Harut ilə Marutdur?!
Макта — последний бейт с тахаллусом поэта. Bülbüli-gülzari-qüds idin əzəldən, Seyyida,Heyf kim, indi məqamın aləmi-nasutdur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-afitabi-zerfesan-ya-badeyi-yaqutdur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Çəmən şahidləri kim, sərbəsər toprağə yatmışdıÇəmən şahidləri kim, sərbəsər toprağə yatmışdı,Qiyamətdir bu gün kim, baş çəkib torpaqdən yeksər?!
Seyyid o növ vermədi can dərdi-yardənSeyyid o növ vermədi can dərdi-yardən –Kim, düşməni eşitcək onu şadman ola.
Hər yerdə töksə qanım ol şuxi-sərvqamətHər yerdə töksə qanım ol şuxi-sərvqamət,Qan cuş edər o yerdən ta daməni-qiyamət.
Стихи других поэтов · О любви
Məhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
Qəzəl: Düşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimiDüşdi dil şəm'i-ruxun şövqünə pərvanə kimi,Aqibət atəşi-eşqinlə sənin yana kimi