Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.
Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət,Amma rümuzi-nazə hələ yüz kitabı var.
Gəldi xəti əgərçi üzə xari-xüşk tək,Gülbərgi-tərdi ləli, hələ abü tabı var.
Bu şərmdən ki, dil – üzün ayinədir – demiş,Simab kimi lərzə edər, iztirabı var.
Yadi-ləbi-nigarım ilə vurduğuna lafOldu həram badə, dilin ictinabı var.
Rəncidə eyləyib gülü bülbül fəğan ilə,Başın çəkib qanadına, güldən hicabı var.
Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü,Gül açılıbdı, getmək üçün çox şitabı var.
Макта — последний бейт с тахаллусом поэта. Hərdəm ölür görəndə rəqib ilə yarını,Öldürsə Seyyidi o şahə çox səvabı var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-xet-geldi-ruyi-dilbere-ey-dil-hicabi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yüzdən çəkəndə naz ilə, mahım, niqabını,Torpaqlara fələk salır öz afitabını.
Ta düşdü dillərə qəmi-eşqin hekayətiTa düşdü dillərə qəmi-eşqin hekayəti,Divanəlikdə tutdu sözüm hər vilayəti.
Xoş ol zaman ki, qapında gədalığım var idiXoş ol zaman ki, qapında gədalığım var idi,Bu etibar ilə bir padşalığım var idi.
Olmayaydı məndə, ya rəb, bu məhəbbət kaş kiOlmayaydı məndə, ya rəb, bu məhəbbət kaş ki,Ya ki hərgiz olmayaydı dərdi-firqət kaş ki.
Стихи других поэтов · О любви
M. Müşfiqə*Enərkən qızıl günəş qoca dağlar ardına,
Sevgidir ömürSevməyən insana ömür yedəkdir,Sevənlər söyləməz ömür gödəkdir!
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,