Sanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.

Ey mövci-əşk axma, dəxi tutma yolların,Bir rəhgüzar ver, o büti-simbər gəlir.

Gəh yad zülfün eyləyirəm, gah kakilin,Bir fikri etməmiş, dilə fikri-digər gəlir.

Kəsmə ümid vəsldən əyyami-hicrdə,Ey dil, bu şam kim gedər, axır səhər gəlir.

Gər müjdeyi-visalı gələ, yoxdu faidə,Canım çıxar fərəhdən, əgər bir xəbər gəlir.

Dünyayə gəlməyir nə səbəb bir vəfalı yar,Bais nədir ki, biri-birindən bətər gəlir?

Макта — последний бейт с тахаллусом поэта. Seyyid gedər, dedim, səri-kuyündən, ey pəri,Güldü ki, könlü məndədir anın, gedər, gəlir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви