Əhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.

Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə,Lakin, ey şeyda könül, yari-zəbandan özgədir.

Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan,Mülki-iyman özgədir, bu kafəristan özgədir.

Ey ləbi-dildardən qafil olan Xızri-fəqir,Ləli-dildar özgədir, ol abi-heyvan özgədir.

Ey könül köhli-Sifahan sanma xaki-payını,Tutiya bir özgə şey, köhli-Sifahan özgədir.

Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa,Bilməyir ləli-ləbində şəkkəristan özgədir.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, xubani-Xülləxdən nədir övsaflər,Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви