Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.
Xəlq hərçənd deyir bir gül ilə yaz olmaz,Çağırın ol gülü kim, məclisimiz yaz olsun.
Tayiri-könlümü seyd etdi qəzali-çeşmin,Bavərim yox bu cahanda belə şahbaz olsun.
Öldür, ey qaşı kəman, aşiqi min zillət ilə,Ta güruhi-şühəda içrə sərəfraz olsun.
Müstəcab oldu duamız ki, nigarım gəldi,Dəri-meyxanə gərəkdir bu zaman baz olsun.
Demənəm badə ilə et məni sirab, xuda,Bari, çox olmasa da qismətimiz az olsun.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, çəkmənəm ol dövri-müxalif qəmini,Təki ol dilbəri-xoşləhcə mənə saz olsun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sivesi-gah-qezeb-geh-revisi-naz-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir nəfər kur şəxsə bir binaTənə ilə dedi ki, ey əma,
Loğmanın satılmasıBelə derlər ki, Həzrəti-LoğmanHəbəş əhliydi, ya ki ol Sudan.
Loğmanın vəqəsi (Belə təqrir ediblər əhli-bəyan)Belə təqrir ediblər əhli-bəyan,Həbəş əhliydi Həzrəti-Loğman.
Loğmanın vəqəsiDörd min il ömr eylədi Loğman,Oldu ol vəqt ömrü kim, payan,
Стихи других поэтов · О любви
ترا کسی که ندارد چه آشنا دارد؟
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür