Belə derlər ki, Həzrəti-LoğmanHəbəş əhliydi, ya ki ol Sudan.Ona dəydi həvadisin xətəri,Satdılar qul kimi o pürhünəri.Yusif-asa o mahi-ürfaniKeyd ilə satdı fövci-ixvani.Qul xəyal eylədi ələzzahir,Aldı Loğmanı bir nəfər tacir.Bir siyəhfam idi sitəbri-ləbanLeyk təlimbəxşi-biədəban.Fəhmini gördü çünki ağası,Oldu onun yeganə mövlası.İmtəhan ilə bir gün ol mövlaDedi: – Lazımdı bir lətif ğiza –Ki, ola həm lətif, həm şirin,Ta tənavül qılam məni-qəmgin.Etdi Loğman hikmət ilə əməl,Hikmətin kanı ol əmiri-əcəll.Bir quzu zibh eylədi Loğman,Dilini eylədi onun büryan,Hazır etdi hüzuri-mövlayə,Yedi zövq ilə ol fələkpayə.Yenə bir ayrı gündə ol mövlaİstədi bir acı, kəsif ğiza.Yenə Loğman gətirdi büryan dil,Açma bu rəmzi, od tutub yan, dil!Leyk sərbəstə qalsa bu məna,Xoş deyil, eyləmək gərək ifşa.Bədgüman oldu sahibi-Loğman,Gördü ziddini bir ğizadə əyan.İki dəfə gətirdi büryan dil,Dedi: – Hikmətdə bu deyil kamil.Bu qulun gərçi çox fərasəti var,Leyk bu işdə səhvü qəfləti var.Səhvkarın özündən etdi sual –Ki, nədir böylə müxtəlif əhval?Bir ğiza mümkün olmayıbdır həminHəmi acı ola, həmi şirin.Dedi: – Ey bu sual möhtacı,Dildü kim, zəhrdən olur acı.Gah şəkərdən olur bu dil şirin,Qandı mövlası, eylədi təhsin.Qıldı təhsin kəmali-Loğmanə,Fikri-bikrü xəyali-Loğmanə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов