Cəfər, ey sərvi-sərfərazi-pədər,Məhrəmi-sirri-eşqi-razi-pədər.Hər bəla olsa dəhrdə hadis,Bil ki, dildir olan ona bais.Fariğ ol kəsrəti-məşağildən,Sövmi-sümt ilə qövli-batildən.Pakdamansən gər, ey dana,Olur İsayi-halətin guya.Lal ol gərçi əmrə arifsən,Məryəmi-nükteyi-məarifsən.Gərçi ruhül-qüdüsdür ustadın,Hər həvaridən olmaz imdadın.Meyl qılma xəbis dünyayə,Sən üruc et məkani-əlayə.Ruhsən, dəhrdə mücərrəd ol,Sən də sultani-mülki-sərməd ol.Dilüvü saxla kizbü qeybətdən.İstəsən gər nicat möhnətdən.Seyyida, hər bəla ola hadis,Bil ki, dildir ona olan bais.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов