Həmədan ölkəsində xud əlanVardı bir qəryə, xəlqi çox nadan...Bir il ol qövmə rəht olur baran-Ki, qalırlar səfilü sərgərdan.Edir ol qövmi-zar cəmiyyət-Ki, gərək tanrıya verək rüşvət,Ta bizə göydən endirə baran.Bir qədər simü zər qılıb saman,Bağlayıb dəstmalə simü zəri.Kətxuda azim oldu mövlayə,Düşdü biçarə kuhü səhrayə.Gəzdi səhrani zarü sərgərdan,Əldə rüşvət, özü xuda-cuyan.“Rəbbi ərni” deyib gəzirdi rəvan,Nagəhan bir səvarə oldu əyan.Demə kim, bir əmiri-şahsəvarEyləyibmiş o gündə əzmi-şikar.Əldə şahini-ahənin mixləb,İki tazi yanında tövqi zəhəb.Görcəyin ol əmiri-zişani,Tutdu heyrət o mərdi-nadani.Belə fikr etdi kim, xudadır bu,Dedi kim, dərdimə dəvadır bu.Yürüyüb səcdə qıldı ol kövdən,Dedi: - Ey xaliqi-zəminü zəmən!Məni göndərdi bir bölük füqəra,Ərz edirlər ki, ey şəhi-vala,Bu qədər simü zərdi rüşvətimiz,Yoxdu bundan füzunə qüdrətimiz.Bizə barani-rəhmət eylə əta,Nari-rəht ilə yanmasın füqəra.Ol əlün üstə Cəbrailə qəsəm,Bu iki şux Əzrəailə qəsəm.Bizi rəhmətdən eyləmə növmid,Qifli-məqsudə şəfqətindü kilid.Bildi kim, əqli yoxdu, müxtəsəri,Aldı, etdi qəbul simü zəri.Dedi: - Oldu qəbul rüşvətüvüz,Yaxşı niyyətdü, qorxma, niyyətüvüz.Bu gələn cümə biqüsuru gümanSizə nizal eylərəm baran.Şad olub gəldi ol fəqir, səhər,Verdi bu macəranı xəlqə xəbər.Dedi: - Gördüm xudayi-ərşi-bərin,Əlinin üstə Cəbraili-əmin,İki Əzraili yanında əyan,Tizçəngalü ahənindəndan.Görcəyin səcdə eylədim bünyad,Eylədim rüşvətimi pişnəhad.Gərci bir töhfeyi-mühəqqər idi,Leyk ikram ilə qəbul elədi.Ruzi-cümə o mənbəyi-ehsanBizlərə vədə eyləyib baran.Əzqəza, ruzi-cümə yağdı yağış,Mürtəfe oldu seyl yeddi qarış.Qəryə heyvanları həlak oldu,Xəlq tufanla zəhrəçak oldu.Dedilər: - Ol xudayi-biminnətHarda görmüşdü min tümən rüşvət?Pulu çox gördü, eylədi ifrat,Deyəsən ki, atıbdı həbbi-nişat.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви