Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Mürdələr zində qılan kimdi Məsihadən əvəz?

Gər mürəkkəb edəsən aləmin əczalarını,Ola bilməz meyi-gülfami-müsəffadən əvəz.

Xublərdən necə sənsiz eləyim könlümü şad,Aləmi-surəti kim eylədi mənadən əvəz.

Görəsən zati-həq isbatına, ey İbrahim,Məhü xurşid olumi sağərü minadən əvəz?

Sanma kim, qeyr sənə mən kimi olsun, ey gül,Olumi zağü zəğən bülbüli-şeydadən əvəz?!

Hər məkanda eləyib çünki təcəlla rüxi-yar,Eybi yox məscid əgər olsa kəlisadən əvəz.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, etmə rəha piri-müğan. damənini,Kimdir ol kəs ki, ola həzrəti-mövladən əvəz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине