Bir sövq təbiətlə bəşər maili-qovğa,Hər kəsdə təcavüz, sitəm əndişəsi peyda.Meyxorəni etməm daha bir bunca məzəmmət,Meydən, məzədən xəlq olub həp bəşəriyyət.Hər kəs meyə aşiq, hərə bir badəyə məftun,Bayğın bəşər hala yenə sərməst digərgun.Övladi-bəşər xak imiş, öldükdə olur xak,Az keçməmiş ol xaki-siyəhdən köyərir tak.Əngur bitir tərk olunan məqbərələrdən,Xumlar düzələr heykəli-məxmuri-bəşərdən.Torpaqda imiş məbədü meyxanə də, mən də,Məscid də haman xak ilə, mey də, mey içən də.Mən xəlq edilən xak ilə meyxanə salınmış,Vaiz yaradan xak ilə məscid qayırılmış,İştə bu səbəbdən mənə meyxanə nəşimən,Vaiz də bilir minbəri kəndisinə mə’mən.Çirkin, gözəl, erkək, dişi həmzadeyi təndirXumlar də həmin, mən də həmin, mey də həmindir.Dünya özü meyxanə, bəşər məsti-xərabat,Hər yerdə əsatir, miləl, hərzə, xürafat.Sərxoş bəşərin sinəsi bir badeyi-gülgun.Bədməst qəza qorxulu bir səhneyi-pürxun.Mey mayəsi təvlud olunurkən ətimizdən,Həm ğailələr, mə’rəkələr xilqətimizdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Livarcan yaylasına doğru

Culfa olduqca isti idi. Yaşamaq, nəfəs çəkmək mümkün deyildi. Xüsusən bu iqlimə adət etməyənlərə bura cəhənnəm qədər dözülməz gəlirdi. İstidən artıq havanın pozuqluğu və toz insana əziyyət verirdi. Minlərcə fayton və araba karvanlarının yerləşdiyi bu ticarət mənbəyi küləkli günlərdə toz buludlarına çulğalanırdı.Xanla məsləhətləşdik, yol açılıncaya qədər Livarcan yaylasına köçməyi qərara aldıq. Bura dağlıq, bağçalıq bir yerdir. Sərin suları, gözəl binaları olan kiçik bir şəhərdir. Mənim Culfada qalmağım da qorxulu idi. Mən Livarcan yaylasına getmək qərarına gəldiyimi miss Hannaya söylədim.

11 мин
«Şahın bibisi oğlu»

Livarcanın ağası Hacı xan iki oğlu və nökərləri ilə bərabər bizim istiqbalımıza çıxmışdı.Gecənin qaranlığında küçələr nökərlərin saxladığı böyük fənərlərlə işıqlanmışdı.

6 мин
Hacı xan

Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.

17 мин
Təbriz yollarında

Şeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və:– Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi.

25 мин

Стихи других поэтов · О вине