Lövheyi-bahar
Əlminnətəlillah ki, bahar açdı niqabın,Gün çıxdı, üzü güldü gülüstanə səhabın,Gül qönçəsi bülbül görərək atdı hicabın,Seyr etmədə əbnayi-vətən səhni-səfanı,Bülbül kimi yaz olcaq unutmuşla şitanı.
Ormanlara bax, dəhrə nasıl verdilə rövnəq,Ənhar axıyor, saheyi-əşcarinə mütləq.Səhralar olub güzgü, baxırsan görünür həqq,Əlhəqq, nə əcəb çəkdilə təsviri-cahanıBir sirrdi mübhəm, bir əməldir ki, nihanı!
Çamlı təpələr zirvələrindən su şarıldar,Batdığda günəş nurun alıb gün kimi parlar,Su dalğalanıb zümzüməpərdaz olur ənhar,Daşlarla təsadüflə bu nəhrin cərəyanıHər dalğanı tə’qibdə yüz min həyəcanı.
Açmış üzünü gülşənə məşuqi təbiət,İnsana əyan olmada əsrari-həqiqət,Hər qönçədə min rayihə, min şanlı təravət,Təqdir edəlim qüdrəti-xəllaqi-cahanıHəm gülşəni təsis edib, həm fəsli-xəzanı.
İrmaqların ətrafın alıb pənbə dumanlıq,Zira ki, çiçəklərdi saçan şanlı qaranlıq,İrmaqda üzən ördək edir qətrəfəşanlıq,Bildinmi nədir etdiyi iradi-zəbani?!Dağlardan alan əksi-səda tərzi-bəyani.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-lovheyi-bahar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müharibənin yaxınlaşdığı şayiələr bir həqiqət olmuşdu. Osmanlı məmləkəti hüduduna göndərilən çar orduları sel kimi axıb gəlirdi. Amerika konsulxanasında bir məlumat olub-olmadığını bilmək üçün miss Hannanın evinə getməyim lazım idi.Xidmətçi qadın qapını açaraq məni evə buraxdıqda, miss Hanna stol başında oturub nə isə bir şey yazırdı. O məni görüncə yazdığı kağızı kitab altına soxub qalxdı. Mən gülümsünərək:
Hacı Səməd xanın sağ əli və sol əliBu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.
Hacı Səməd şah?Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.
Diplomatların və İranın notasıMən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.