Məmun və kənizi
Aldı Məmun bir kənizi-lətif,Bərgi-gül tək lətif-xülqü zərif.Şəbi-xəlvət o sərvi-xoşqamətDurdu Məmundan eylədi nifrət.Xişmnak oldu padşahi-qəyur,Çün özündən görüb kənizi nəfur.Nə qədər bənd oldu miri-əcəll,Padşahə kəniz vermədi əl.Dedi Məmun, key fəriştəcəmal,Xatirində nədəndi rəncü məlal?Ərz qıldı kəniz, key mövla,İstər öldür və ya ki eylə rəha –Ki, gəlir buyi-bəd dəhanından,Qaçıram, vəchi var ki, yanından.O gecə hiç yatmayıb Məmun,Qüssədən oldu sübhədək dilxun.Sübh qıldı təbiblər ehzar,Dərdi-pünhanın eylədi izhar.Qıldılar dəfinə əlaci-niku,Dəhəni oldu gül kimi xoşbu.Dust tutdu kənizi şahi-əcəm,Oldu hər sübhü şam ona həmdəm.Mənə çox dustdur bu siməndam –Ki, mənim eybim eylədi elam.Eybi örtən rəfiq gövdəndir.Onu sən dost sanma, düşməndir.Seyyida, sanma dustdur, zinharKim, sənə eybin eyləməz izhar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-memun-ve-kenizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Genə bir namə ilə yadə salıb yar məni,Bəxt handan bu işə gördü səzavar məni.
Ey xoş ol günlər ki, bəzmimdə nigarım var idiEy xoş ol günlər ki, bəzmimdə nigarım var idi,Zövqi-didar ilə könlümdə qərarım var idi.
Eylədi axır fələk ol gülüzarımdan məniEylədi axır fələk ol gülüzarımdan məni,Saldı dəşti-qürbət içrə kuyi-yarımdan məni.
Zahidin gər güzəri bir düşə meyxanə sarıZahidin gər güzəri bir düşə meyxanə sarı,Kafərəm gər dönə ol məscidi-viranə sarı.
Стихи других поэтов
Al yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
KönülArsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadım
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin