Gənc sərxoş və abid
Bir gecə bir cəvani-məstü xumarBir nəfər parsayə oldu düçar.Oxuyurdu əlində həm bir saz,Nəğmeyi-Şur edirdi, gah Şəhnaz,Görcəyin parsanı ol sərməstBaşını sazı ilə qıldı şikəst.Dinməyib parsa keçib getdi,Gəlibən sübh ona əta etdi.Dedi ki, məst idin gecə, ey oğul,Bir qədər mən sənə gətirdim pul –Ki, sınan sazüvü dürüst eylə,Xoş deyil ki, şikəst ola böylə.Sağalıbdır mənim başımda yara,Sən də qıl sazüvü dürüst-nəva.Çün cavan onda gördü xülqi-həsənEylədi tövbə öz ədasindən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-genc-serxos-ve-abid
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,Tabutü hənutum götürüb dəfn edən olmaz.
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünürQasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Şadəm ki, İlahi, tökülə qanı HüseyninŞadəm ki, İlahi, tökülə qanı Hüseynin,Ta razı ola eşqdə cananı Hüseynin.
Aldım ələ peymanə, təvəkkültü əlallah!Aldım ələ peymanə, təvəkkültü ələllah!Oldum genə rindanə, təvəkkültü ələllah!