Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.

Ey süpehri-şərəf üzrə məhi-tabanım oğul,Zülməti-hicrivə qoydun məni cananım oğul,Ey xəti Xızr, ləbi çeşmeyi-heyvanım oğul,Ləbi-ləlində sənin nitqi-Məsiha görünür.

Ey oğul, qaldı qara günlərə biçarə ərus,Gülü əldən gedibən, yalvaracaq xarə ərus,Al duvağın götürüb, başə salıb qarə ərus,Bülbülün solsa gülü, başəna sevda görünür.

Kakilin həbli-mətinimdi, üzün ayeyi-nur,Qaf məsturi-cəbinimdi, kitabi məstur.Şəşəati-ruxi-pakin eləyib dəhrə zühur,Kərbəla Tura dönüb, nuri-təcəlla görünür.

Oxşayırsan, ey oğul, gərçi məhi-ənvərə sən,Al ələ tiği-hilalın, ur özün ləşkərə sən,Çün gərək canını qurban verəsən Əkbərə sən,Əkbərin qətlinə bu qövm mühəyya görünür.

Sənə qurban olum, ey novgüli-gülzari-Həsən,Səni qurban verirəm şövqlə ol sərvərə mən.Leyli öz Əkbərinin gərdəninə saldı kəfən,Çeşminə indi nə dünyavü nə üqba görünür.

Cəddimə verdi xəbər həq, Zəkəriyya xəbərim,Teşt içində kəsilən başı o Yəhya xəbərin.Bil bu ayatıt, oğul, rəmz ilə ima xəbərin,Zahiri təşnə Hüseyn, batini Yəhya görünür.

"Kafiha"da var, oğul, bir neçə məxfi məna,"Kafi'dir Kərbübəla,"ha"yı həlaki-şühəda,"Ya" yəqin eşqdi bu təşnələbi-Kərbübəla,"Sat"i səbr olmasa, ey təşnə, nə məna görünür?

Seyyida, riştəyə çəkdin yenə yüz dürri-Ədən,Sənə məhşərdə şəfaət eləsin ibn Həsən.Mərhəbalar sənə, ey şairi-ecazsüxən,Səndə feyzi-nəzəri-həzrəti-mövla görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви