Eşşək və arılar
Bir neçə kəndi gördü bir eşşək,Arılar onda işləyir bişək.Gördü bir xaneyi-müqəddəs var,Beyti-şeşguşə içrə çox kəs var.Padşahın hüzuruna getdi,Şahi-yəsubdən sual etdi.Dedi: – Bu kənddə nədir məqsudSaz olur gündə nayü bərbətü ud?Sizə hasil nədir bu qovğadən?Vaqif eylə məni bu mənadən.Dedi: – Biz səbzəyə olub çirə,Edərik cəm kəndiyə şirə.Dedi eşşək ki, yəni şirə nədir?Olmusuz səbzi üzrə “çirə” nədir?Bir qədər bal dadızdılar eşəgə,Yedi eşşək çü balı, düşdü şəkə.Düşdü bir fikrə eşşəgi-nadanTa gedib otlasın o da qalqan,Gəlibən çəksin arı tək şirə,Könlünü verdi fikrü tədbirə.Yedi qalğanı, gəldi saldı peyin –Ki, iyindən tutuldu başü beyin.İylədi, daddı, gördü bal deyil,Yediyi balə bu misal deyil.Kəndiyə gəldi vurdu bir şıllaq,Arıları dağıtdı ol sərsaq.Gördü bir ayrı arı bu halı,Arılardan soruşdu əhvalı,Dedi: – Kəşf eylə, nə bəladır bu,Nə müsibət, nə macəradır bu?Dedi bir arı arıya: – Ari,Biz bu yolda itirmişik ari.Eşşəyə bal dadızmışıq qafil,Olmuşuq fəzlü əqldən cahil.Bu qəmü dərdə mübtəla olduq,Sahibi-möhnətü bəla olduq.Eşşəyə bəs dadızsa hər kəs bal,Dağılır xanəsi onun bu misal.Seyyida, elmi açma nadanə –Ki, duşərsən cahanda nöqsanə.Çəkmə kalayi-şeri bazarə,Gövhəri ərz elə xəridarə.Nə bilir dürr qədrini əllaf,Yoxdu bazari-dəhrdə sərraf.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-essek-ve-arilar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.
Yüz sərvi-xuraman ola, könlüm səni istərYüz sərvi-xuraman ola, könlüm səni istər,Yüz baği-gülüstan ola, könlüm səni istər.
Ləbini açsa o gül məhfilə şəkkər tökülürLəbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Qönçənin bağrını əzzəldə fələk qan eylərQönçənin bağrını əzzəldə fələk qan eylər,Sonra könlünü açıb dəhrdə xəndan eylər.