Sarası gözünə gələr həmişə,Hayıf, bircə dəfə evinə gəlməz.Məzahir Hüseynzadə

Ovçuyam, mənzilim ov dərəsidi,yola xəzəl düşür, iz itir, ay dost.Evim bu dünyanın lal dərəsidi, –səni çağırıram səs itir, ay dost.

Çiynimə qonmuşdu ağ göyərçinim,bir şahlıq taxtıydı hər çiynim, ay dost.Səni qaldıranda əyildi çiynim,sən uçdun, qalmadın, mən neylim, ay dost.

Evdə yox, evdəki yuxulardasan, –torpağa basdırdıq, yuxuya səni?!Gah xəstəxanada,gah yollardasanQoymuşam ağlaya-ağlaya səni.

Mənsiz kimsəsizsən, bircəsən orda,tale qəsd elədi canına, ay dost.Gedəydim, görəydim necəsən orda,nə yol var, nə iz var yanına, ay dost.

Qəribə yerişin, qədəmlərin var,harda gözləyirəm, gəlib tapırsan.Mübarək, nə yaxşı görüş yerin var, –ay itkin düşənim, ay sənə qurban.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов