Sizlərsiniz! Ey qövmi-macar, bizlərə ixvan
Sizlərsiniz ey qövmi-Macar, bizlərə ixvanƏcdadımızın müştərəkən mənşəyi Turan.Bir dindəyiz biz, həpimiz hakpərəstan;Mümkünmü ayırsın bizi İncil ilə Quran?Çingizləri titrətdi şu afaqı sərasər,Teymurları hökm etdi şahənşahlara yeksər.Fatehlərinə keçdi bütün kişvəri-kaysər...
Hərçənd düçari-möhnəti-əhli cəfayız,Hərçənd bu əyyamda pabəndi-bəlayız.Ey xar görən bizləri, bizlər nücəbayız,Meydani-həmiyyətdə ələmdari vəfayız.Turanlılarız, sahibi-şanü şərəfiz bızƏslafımızın naibi xeyrül-xələfiz biz!
Ey zülmü cəhalət, həzər et göz yaşımızdan,Dur olmalısın torpağımızdan, daşımızdan,Bu yolda mədəd bizlərə məsləkdaşımızdan,Hürriyyət üçün vaz keçəriz can, başımızdan.Turanlılarız, sahibi-şanü şərəfiz biz,Əslafımızın naibi xeyrül-xələfiz biz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseynzade-sizlersiniz-ey-qovmi-macar-bizlere-ixvan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
UrmuYurdumu bürüyüb cəlalın, Urmu,Bundan artıq nədir xəyalın, Urmu?
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım