Ayrılıq
Mən səni həyatda daşa dəyişdim,torpağa dəyişdim, məzara döndün.Mən öz baharımı qışa dəyişdim,çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,duydum buza dönən nəfəsini də.Anamı əlimdən alan təbiət,gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,bu gizli dərdimi açıq desəm də.Sənə – sənə layiq baxa bilmədim,səni – sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,yalvardım dayanın, əl saxladılar.Mən özüm örtərdim evdə üstünü,burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,getdi dadı-tamı, hər şeyi getdi.Evi bəzərdin ki, gözəl görünsün,evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,gül-çiçək qoymuşuq ikilikdə biz.– Mən sənsiz ölərəm! –demişdim sənə, –hamısı yalanmış, yaşadım sənsiz.
Sənə sədaqətdi bütün həyatım! –deyərdim, baxardın gülümsəyərək.Səni qəbristanda qoyub qayıtdım,sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,üstünə nur səpir qızıl dan yeri.Torpaq ot bitirir, ağac bitirir,burda daş bitirir, qəbristan yeri.
Bir gözəllik itib duman içində,dünya imtahanmış işləri ovsun.İlahi, bu qədər insan içində,bir insan tapmıram söz demək olsun.
Fikirli qalxıram üzüyuxarı,nə qədər yaxınsan, nə qədər uzaq.Təzə ot göyərib örtür cığırı,itirmək istəyir qəbrini torpaq.
Mənsiz darıxırdın evdə hər dəfə,dözümsüz olmuşdu gecə-gündüzün!Gedəndə deyərdin tez qayıt evə,bəs niyə qayıdıb gəlmirsən özün?!
Bunamı deyirdin: gələcək illər?günləri sayırdın nə həsrət ilə.Bunamı deyirdin: dözək birtəhərgözəl günlərimiz daldadır hələ.
Günün işığında dünyaya baxdıq,Səni də apardı axan ulduzlar.Gah yaxın, gah uzaq səfərə çıxdıq,Axırı haraymış?Bu soyuq məzar!
Gözüm yolda qalıb, qulağım səsdə,gedibsən, qalmışam mən qonaq kimi.Sən yerin altında mən yerin üstə, –biz ayrı düşmüşük kök-budaq kimi.
noyabr, 1986
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ayriliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О смерти
Qorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
Hacı və molla əhvalatı (Köpəyə ehsan)Köpəyə ehsanVar idi Şahsevəndə bir haci,
Deyim, dinləGəl, otur!Bax, belə!
QalacaqDünyada dördəlli tutmaynan pulu,Dünyada dünyanın malı qalacaq.