Xəbər ver o gözəldən
Deyərdi, danışardı,arzuyla yaşayardı.Tikməyi xoşlayardı,oğlunu, bir də məniərk ilə danlayardı,üzümüzdən öpərdi,Köz üstə su səpərdi.Ən böyük sevinci dəilkin qız nəvəsiydi,nənəlik həvəsiydi.Bir də kürəkəninəsüfrə açıb bəzəməkonun zövq mənbəyiydi.Ürəyi geniş idi,Hövsələsi dar idi.Evimiz olmayandano hələ evdar idi.Teatr aşiqiydi,musiqi vurğunuydu.Güldümü – uğunurdu.Ortabab şairləri,bir də şöhrətlilərioxumamış doyardıvə kənara qovardı.Bax, beləcə yaşardıq,küsərdik, barışardıq.Su olub buxarlanıb,quş olub uçub əldən.Ötən bulud, əsən yel,xəbər ver o gözəldən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-xeber-ver-o-gozelden
Клавиши ← → для перехода, R — случайное стихотворение