Dünya işıqdı
Mənim köməyim ol, mən dara düşsəm,baxma uzaqlardan, gəl dindir məni.Hardasa, nabələd yollara düşsəm,özün qarşıma çıx, sevindir məni.
Bəzən hıçqırığım ucalır göyə,insanam, mənim də ağrım-acım var.Mənim, sən verdiyin bir təsəlliyə,Sən dediyin sözə ehtiyacım var.
Adam var, neyləyim, vicdanı dardı,onun insafına qalsaydı əgər,mənim ürəyimi çoxdan qırardı,adımı hər yerdən çıxartdırardı,istəyinə çatsın təki birtəhər.
Sən eşit bunları, sıxılma fəqət,arabir sevincin qəm qarışığı.Yüz təqib eləsin qoy məni zülmət,sən varsan dünyada,dünya işıqdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-dunya-isiqdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
یکی مرغ زیرک، ز کوتاه بامینظر کرد روزی، بگسترده دامی