Sevməyən kəslərin ürəyi darmış,min il də köhnəlməz bu duyğu, bu hiss.Mən indi bildim ki, Kərəm yanarmış,çöllərə düşərmiş Məcnun Leylisiz.

Bizim taleyimiz, yaşımız ayrı,boyda-buxunda da tamam ayrıyıq.Mən bir az payızı,sənsə baharı, –hərəmiz bir fəsli xatırladırıq.

Dünya – sənətkardı, tarix – sərgisi,hansı surətinsə biz əvəziyik.Birimiz kitabın ilk səhifəsi,birimiz yüzüncü səhifəsiyik.

Hər insan qəlbində hiss var, duyğu var,o qəlbə, o hissə yaxın düşməsək;dünyanın qanunauyğunluğu var,pozulur o məncə,biz görüşməsək.

Səni arzulardır yaşadan ancaqməni xatirələr... hardasa bir səs.Mən “dünən” deyirəm, sən hələ “sabah”,burda da ayrıyıq... danmağa dəyməz.

Mən səhvlər etmişəm, belədir insan,gərək mən düzəldim,çətindi yol-iz.

Sən səhvlər etməyə hazırlaşırsan,qəsdən yox, əlbəttə, bəlkə xəbərsiz.

Sənin marağın çox, mənim tecrübəm,sən hey soruşursan, mən hey deyirəm.Sən heyrət etdiyin şeylər var hələmən susub sakitcə gülümsəyirəm.

Bir ürək sənindi, bir ürək mənim,bəzən söz uzanır, aşıb-daşırıq.Keçmiş sənin olur, gələcək mənim,bax, burda elə bilyaşıdlaşırıq.

Gəl, “mənim yaşıdım”, bu gizli məna,səni hey çağırır, səsləyir hər gün.Mən “qoca dünyayam”,unutma, dünyagünün çıxmağını gözləyir hər gün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов