Nə qədər ağırdı səndən ayrılıbbaşqa bir iqlimə səfər eləmək.Sonra da hardasa könlümü alıbbir qəlb ağrısıyla, “darıxma” demək.

Ayrılıq qəm verir, görüş səadət,qəmi də sən verdin səadət kimi.Yaraşır insana mənsə, ey afət,qəm də bir mənəvi ləyaqət kimi.

Üşüdür ruhunu nəfəsi qışın,bəzən bir paxılın buz baxışı da.Bəzən bir həyasız geriqalmışıntəkidlə özünə çağırışı da.

Sirli, maraqlıdır bu dünya, gülüm,mənim ömrümdə də qışım-yazım var.Bəzən bu dünyaya min təşəkkürüm,bəzən bu dünyaya etirazım var.

O sənin hüsnünə yaraşıq verir, –mənim ürəyimə od salmaq üçün.Gülü də tikanla qarışıq verir, –Hüsnə, xasiyyətə mat qalmaq üçün.

Susuram yanında gör nə zamandı,ayrılıq dəmində şikayətə bax.Yanında qalmağım guya asandı,sən mənə səbr ver, ay ana torpaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов