Mən insan görmüşəm, ürəyi buzdu,nə sözə yatıbdı, nə də söhbətə.Məntiqi mənasız, fikri ucuzdu,satmaq istəyibdi baha qiymətə.

Məhəbbət şerimi lağa qoyubdu.Özünü qaldırıb dağa qoyubdu.

Guya sənət üçün məhəbbət azdı,guya məhəbbətdə ləyaqət azdı.Guya ictimai dəyəri yoxdu,guya cəmiyyətə bir xeyri yoxdu.

Deyin, Françesko Petrarka gəlsin,həpəndə göstərsin onun yerini.Gözəl Lauraya şeir oxusun, —İntibah dövrünün Şah əsərini!

Yox, yox məhəbbətə plan qoyulmur,kiminsə nə bilim mədəsi dolsun.Məhəbbət, hardasa istehsal olmur,üstündə keyfiyyət nişanı olsun.

Başqadır həyatda duyub yaşamaq,ürək sevindikcə insan yüksəlir.Cəmiyyət adından danışma nahaq,mənim cəmiyyətə yazığım gəlir.

Səndə ürək yoxdu, səndə bədən var,şəkilsən, gözündə bir həyat sönüb.Yəqin səni sevən, səni öpən var,yanında bəlkə də o, daşa dönüb.

Soyuyub, elə bil buzdu o nəfəs,desəm müqəddəssən, ədalət olmaz.Bədənsiz ürək də bir şeyə dəyməz,hörmət doğursa da məhəbbət olmaz.

Bir eşqə möhtacdı insan və zaman,döyüşür əzəldən xeyir ilə şər.Lakin ictimai dəyəri olanhiss varmı dünyadaməhəbbət qədər?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов