Məni imtahana çəkdi təbiət,yollarda bərkiyə-bərkiyə gəldim.Könlümdə təsəlli, gözümdə ülfət,bu dünya sərgidir, sərgiyə gəldim.

Taleyi kimiyə adi bir çomaq,kimiyə qiymətli firuzə verdi.Harda ki, dinmədim, susdum heç nahaq,ağardı saçlarım, büruzə verdi.

Gördüm həyatımda kimsəsizliyi,yaxşılıq axtarıb dadım pisliyi.Göydə yox, yerdəki çəkisizliyieşidən nə bilər, görəndən soruş.

Mən tənha bir evdə həyata gəldim,gəldiyim yolları piyada gəldim.O qədər susdum ki, fəryada gəldim,sevincin qədrini sən məndən soruş.

Həyat, əzizimsən, sən mənimkisən,sən məndən ötəri, həyat, ikisən.Qalsam – kimliyimə cavabdehəm mən,getsəm – kimliyimi vətəndən soruş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов