Oyanmaz
Qaşı cəllad, gözü yağıYatıb oyanmaz, oyanmaz.Qəm hicranı yenə mənə,Satıb oyanmaz, oyanmaz.
Alım yarın qadasından,Bəlkə içəm badasından.Şirin söhbət vədəsindən,Ötüb oyanmaz, oyanmaz.
Şirmayı düzüb sazına,Bülbül gəlir avazına.Yusif kimi murazına,Çatıb oyanmaz, oyanmaz.
Götürüb hicran daşını,Qovğaya saldım başımı.Nazlı yar, qəflət quşunu,Tutub oyanmaz, oyanmaz.
Nəcəf kəsməz həvəsini,Tərlan gəzər yuvasını.Ağ üzündən cunasını,Atıb oyanmaz, oyanmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-necef-elimerdanli-oyanmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Bir zamanƏsli haram olsa varın, dövlətin,Artıb dövlət olmaz, itər bir zaman.
DünyadaVəzifə bir atdır, hər minən çapar,Nəcabəti olan bilər dünyada.
DünyadaVarlıya dost olub,kasıba gülmə,Çox da havalanıb,coşma dünyada.
Стихи других поэтов
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
گفت سوزن با رفوگر وقت شامشب شد و آخر نشد کارت تمام