Əsli haram olsa varın, dövlətin,Artıb dövlət olmaz, itər bir zaman.Olarsa həyatda vəfalı dostun,Qaldırıb qolundan tutar bir zaman.

Alova düşsən də dostu unutma,Hər nadan sözüylə ilqarı atma,Şeytana bac verib zalımlıq etmə,Müşkülün, mətləbin bitər bir zaman.

Bulunma şər işdə, bulunma qalda,Tamahın olmasın şöhrətdə, pulda,Xüdpəsənd olmasan qalmazsan darda,Tərəqqin halını ötər bir zaman.

Nəcəf, məhəbbəti çoxdu insanın,Süfrədə nan yeyib çörək basanın,Əsli zinakarın, yollar kəsənin,Çardağı üstünə yatar bir zaman.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов