Bu gün səni gördümBütün dünya dəyişdi.Saçlarında dəni gördüm,Saçlarıma dən düşdü.

Bizimki də ömür deyil,Elə bil ki, döyüşdü.Özümüzlə döyüşürükÖzümüzü üzürük.Ayrılığı yaradırıq,Əzabına dözürük.

Adamların arasındaGörüşürük yad kimi.Adın yanır ürəyimdəAlov kimi, od kimi.Oğrun-oğrun baxışlarınYandırır fəryad kimiİki şamıq bir atəşəYana-yana gəzirik.Ayrılığı yaradırıq,Əzabına dözürük.

Anlar keçib günə dönür,Günlər ilə dönürlər.Qönçələr də pardaqlanırQızılgülə dönürlər.Bizim kimi yaxın olanDağlar, daşlar dinirlər.

Biz bir toyda iki yasıqVay-şüvənik, hüzünük.Ayrılığı yaradırıqƏzabına dözürük.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов