Könlümün ən gizli sirri,Nəğmələrimin sehri.MəhəbbətinÜrəyimdə yanıq yeri –

Göynəyir səhər, axşam.Köynəyin kimi,Bədəninə sarınmışam,ƏriyibÜrəyinə dolmuşam.Qurbanın olmuşam,Xəbərin yoxdur.Baxışlarım hopubBaxışlarına,Kirpiklərinə,Qaşlarına.SaçlarınınQara yağışlarınaHeyranam.Salamat keçərsənOdlardan, alovlardan,Şaxtadan, borandan,Qardan. –Məhəbbətim qoruyur səniBəlalardan.Bəlkə eləMənim məhəbbətim olubSəni yaradan?Mənə gəlib bütünAğrın, bəlan,Qadan, –Xəbərin yoxdu.Mən həmişə sənin yanında olacağam.Nəfəsində,Ruhunda, qanında olacağam.Əllərin olubSığallayacağamBoyun-boğazını,Yanağını.Bil ki, ürəyindəDarıxan mənəm,Mənəm canına salan

Yanğını. –Xəbərin yoxdu.Xəbərin olmayacaqÜrəyim gülöyşə nar kimiPartlayıb, parçalananda,Sinəmdə ürəyimDaha dəf çalmayanda.SinəmləAyaqlarının arasınatorpaq döşənəcək, –Xəbərin olmayacaq.Amma nədənsəKədərli-kədərlidüşünəcəksən.Tez-tez üşünəcəksən.Sönəcək canındakı ocaq.Dünya ögey olacaq,Adamlar biganə;Yarpaqlar pıçıldayacaq sənə:Bilmirsən,havalar niyə soyuqdur?..Xəbərin yoxdur?..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов