Darıxmışdım
Bu gün doğma yerlərdən keçdim,qar əvəzinəşoranı ağaran – aran.Salam!Salam yovşanım,yulğunum,şaxtikanım;Mənim haysız-küysüzşöhrətim, şanım.Sizdən ötəri burnumunucu göynəyir,bəhanə tapıb gəlirəmMən sizi görəndəkövrəlirəm.Mən də şaxtikanam,gözəl çiçəyim,acı tikanım var.Şoranlı çöllərdəmənim də şaxtikan adım-sanım varSizdən yoğrulubsümüyümün iliyi.Yurdumundağı var, dərəsi var.Şəlalə hörükləri var,dağkəli bərəsi var.Çinarları var, –buluddan şimşək tutarbudaqları.Yamaclar var, –bayatı deyir bulaqları.Mən gözümü açıbyulğun görmüşəm,Yulğuna oxşayıramboyda, dözümdə.Bil ki,səni də sevən varbu yer üzündə.Sən demə, bu gün üçün darıxmışam,boynumu dalayanbürkün üçün darıxmışam.Şaxtikanım,yulğunum,şoranım, –gözüm, canım darıxmışam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-darixmisdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Həmişə fikri budur aşiqi-pərişanın:O gözlərindən öpəydi, olaydı qurbanın!
BayatılarMən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.