Dünyada bir təmiz ad,dünyada bir sağlam can.Boş şeydi yerdə qalan...Belə dedi bir nəfər,belə deyirmi həyat?!Sağlam can saxlayasan,üstəlik də təmiz ad?!Mən görmüşəm dünyadabir təmiz ad üstündəcanlar gedibdi bada,mən əsgər görmüşəm ki,döşündə bir medalı,Canında yüz yara var.Adam da görmüşəm ki,adını yox, dünyadatək canını saxlayar.

Yox, adi can üçün, yoxcanı gərək ad üçünqurban verəsən hər gün,girov qoyasan hər gün.Dünyada bir təmiz ad,dünyada bir sağlam can.Yox, ikisi bir yerdəçətin olur,doğrudan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов