Nə qara səni
Dedim, könül, durma dağ zirvəsində,Bir gün düçar edər nə qara səni.Dilin çatmaz nə bir elə, obaya,Bürüyər nə ağ gün, nə qara səni.
Yetişməz dostların heç vaxt haraya,Deyən olmaz, görüm getdi haraya?Gözün dikmə hər həftəyə, hər aya,Nə Əli axtarar, nə Qara səni.
Təbib gərək, sinəsini o yara,Açıb ürəyini, eylər o yara.Uzaqdadı, əli çatmaz o yara,Əsəd heyran etdi nə qara səni?
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-esed-ne-qara-seni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum, mənə vədə verdin, gəlmədin,Çox çəkərəm ahü zarı gəlincə.
Sən məniSənə neyləmişdim mən bəxti qara,Niyə saldın bu azara sən məni!?
SəniYerin alt qatına çox da əl atma,Götürübən yerə vurarlar səni.
Üç il, beş il, on beş ilYaxşı dostun mən sirrini açmaram,Assalar da üç il, beş il, on beş il.