Deyirəm, saralıb solduqca bağlar,niyə qan qaynayıb-qarışmayır heç?Dünən ağaclara bəzək yarpaqlarindi budaqlara yaraşmayır heç.

Buludlu, çiskinli açılır səhər,Günəş şüasını yeridə bilmir.Sular buz bağlayır, –salxım söyüdləryuyub saçlarını quruda bilmir.

Kimsə xəbər verir: qar yağacaq, qar...yozur dekabrın havalarını.Bir az kip bağlayır bizim qonşulareyvana açılan qapılarını.

İstisi getdikcə candan baharın,isti paltarını geyir camaat.Nəinki özünü,gözəl qızlarınpalto yaşını da dəyişir, heyhat!

Hava, görürsən ki, xeyli sərindir,başqadır ürəyin əhvalı indi.Qocalar sahildən azalır bir-birgənclər iki-iki çoxalır indi.

Gecələr parlayır sular – gümüşü,işıq səpələnir şəhərə kimi.Bakıda dənizlə Ayın görüşüuzanır axşamdan səhərə kimi.

Hər rəng min ürəyə, min qəlbə sirdaş,hər fəsil ən gözəl bir duyğu kimi.Hər şey öz vaxtında dəyişəydi kaş,hər şey... təbiətdə olduğu kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов