Dünyada dördəlli tutmaynan pulu,Dünyada dünyanın malı qalacaq.Yığıb-yıxşırdığın deyil səninki,Od olub ürəkdə xalı qalacaq.

Özünü ha öldür pul-para deyə,Simicin malına yad olar yiyə.Yığdığın yeyilməz, yesə it yeyər,Gəbərən yabının nalı qalacaq.

Demə bəyzadəyəm, dünya mənimdi,Var olan canımdı, din-imanımdı.Əcəl vaxtsız gələr, sənə qənimdi,İt ölsə yalağı, yalı qalacaq.

Gözlərin çökəlib, burnun sulanır,Yaş yaş üstə gəlir, ürək bulanır.Qocalıq peşinlə gəzir, dolanır,Sanma Nəsibin də halı qalacaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти