Aşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.

Mane olullar aşiqə kim, mehri az ola,Qafil ki, mən olsa məhəbbət ziyad olur.

Şiddət edincə mən olur suzi-dil füzun,Dəryadə mövcə bais olan tünd bad olur.

Zail olurmu pənd ilə aşiqdən eşqi-yar,Damən çalanda şöleyi-nar izdiyad olur.

Bazari-hüsnə aşiqi-miskindi müştəri,Aşiq ki yoxdu, hüsn mətaı kəsad olur.

Məşhur qıldı eşqi-Züleyxa o Yusifi,Aşiqdə hüsn şöhrətinə ictihad olur.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, rümuzi-eşqdə sən də çıxartdın ad,Ta kim, zəmanə var, sənə eşq ilə ad olur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви