Bir müəzzin fəzayi-səhradəUca sövt ilə gəldi fəryadə.Sövti-məkruh ilə verirdi əzan,Yüyürüb hər tərəf olurdu rəvan.Durub öz sövtinə asırdı qulaq,Eşidə ta ki sövtin ol sərsaq.Bir nəfər şəxs gördü bu hali,İstədi haldən ola hali,Dedi: – Ey xoştəraneyi-dövran,Bülbülü qümri tək edən əlhan,Bir bəyan eylə bu nə halətdir,Mənə kəşf eylə, bu nə hikmətdir?Niyə bu dəştdə verirsən əzan,Nə olursan o yan, bu yanə rəvan?Dedi ki, xəlq edir mənə ezaz,Məndə derlər ki, var gözəl avaz.Qaçıram bərk azan verib hər yan,Ta uzaqdan görüm sədamı əyan.Ta bilim məndə varmı xoş avaz,Ləhni-Davudə eyləyim mən naz.Seyyida, böylədir həqiqəti-kar,Özünə xoş gəlir sədayi-himar.Özüvü xoştəranə etmə hesab,Etməsin xəndə ta ülül-əlbab.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов