Bir fəqirin işi düşüb ləngə,Gəlmiş idi zəmanədən təngə.Dedi bir şəxs ona ki pünhani,Var bu şəhr içrə bir səxa kani.Bağlayıbdır səxavət ilə kəmər,Bəzlü bəxşişdi şüğlü şamü səhər.Bilsə əhvalüvü o kani-səxa,Sənə bişübhə nemət eylər əta.Dedi: – Kimdir o, bilmirəm haşa,Dedi: – Ollam dəlili-xeyr sana.O fəqirin alıb əlin əlinə,Bəs gətirdi o şəxs mənzilinə.Girdi çün mənzilə o dil-məyus,Gördü bir şəxs qəmtərirü əbus.Dodağın sallayıb, töküb qaşın,Zilləyibdir ayağına başın.Çıxdı dərhal bəzmdən o fəqir,Hacətin hiç etmədi təqrir.Dedi ki, etmədin neçin izharDərdüvü, ey fəqiri-dil-əfkar?Dedi: – Göz dikmərəm ətasına,Bəxş qıldım onu liqasına.Dərdüvü söyləmə türüşruyə,Hər yetən qəmtərirü bədxuyə.Olusan tənəsilə fərsudə,Sudə əlması eyləyər sudə.İstə ruyi-güşadədən hacət,Ta üzündən yetə sənə rahət.Seyyida, tut qənaəti məhü sal,Nari-duzəxdi həqqi zilli-süal.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов