Cahani-bivəfada bir vəfalı yarım olsaydı,Cahanda qəm yeməzdim gər cahan əğyarım olsaydı

Təmənnayi-behişt və hur hərgiz eyləməzdim mən,Cahan mülkündə gər bir yari-gülrüxsarım olsaydı

Yetişdi başa ömrüm, bəxt oyanmaz xabi-qəflətdən,Yetərdim təzə ömrü, bəxt ta bidarım olsaydı

Mənim tək heç kim biyar yox, var cümlənin yarı,Bu qəmdən, Arifa, ölmək gərək gər arım olsaydı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви